AZ

Bu şəxs Gürcüstanda inqilab cəhdlərini dəstəkləyib - Baş nazir ad çəkdi

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın Tbilisidəki sabiq səfiri Kelli Deqnanı ölkədə inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.


Kobaxidze diplomatın 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini bildirib. O, ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.

 

Baş nazir 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
5
modern.az

10Mənbələr