AZ

Qəzzada ölənlərin sayı artdı

İsrail ordusu  Qəzza zolağının cənubundakı Rəfah şəhərinə havadan hücum edib.   Manset.az yerli mənbələrə istinadən xəbər verir ki, İsrail ordusuna aid döyüş təyyarələri Rəfahın Ez-Zuhur rayonunda fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirib. Hücum zamanı 4-ü uşaq, 1-i qadın olmaqla 7 fələstinlinin həyatını itirdiyi, yaralananların da olduğu bildirilib. Netanyahu aprelin 30-da verdiyi açıqlamada əsir mübadiləsi razılaşmasının olub-olmamasından asılı olmayaraq Rəfaha hücum edəcəklərini bildirib. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla, 34 min 596 fələstinli həlak olub, 77 min 816 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
4
Mənbələr
Şərh ()
Bağla