AZ

Fələstinlilərin sığındığı məktəbin yaxınlığında hücum törədildi, ölən və yaralananlar var

İsrail ordusunun məcburi köçkünlərin sığındığı məktəbin yaxınlığına təşkil etdiyi hücum nəticəsində çox sayda fələstinlinin həlak olduğu və yaralandığı bildirilib.
Şahidlərin məlumatına görə, İsrail orusuna məxsus döyüş təyyarələri Nuseyrat qaçqın düşərgəsindəki məktəbin yaxınlığına hücum təşkil edib.
Oktyabrın 7-dən etibarən İsrail qüvvələrinin həyata keçirdiyi hücumlar səbəbindən on minlərlə fələstinli yurd-yuvalarından didərgin düşüb.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 14 944-ü uşaq və 9 848-i də qadın olmaqla 34 mindən çox adam həlak olub, 78 mindən çox adam da yaralanıb. 

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri  608 əsgərinin öldüyünü açıqlayıb.
2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudilərin  hücumları nəticəsində 496 fələstinli həyatını itirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
25
trt.net.tr

10Mənbələr