AZ

BŞTİ: "Alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib" - FOTO

Mayın 3-ü (saat 09:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı paytaxtdakı alternativ qeydiyyat mərkəzlərində ümumilikdə 767 vətəndaş müraciətinə baxılıb.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 431-i BŞTİ-nin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 27 alternativ qeydiyyat mərkəzi tərəfindən qaydalara uyğun şəkildə icra olunub.

336 valideynə isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində dəstək göstərilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək.  www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276)  müraciət edə bilərlər.

Vətəndaşlar  alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Onu da qeyd edək ki, birinci siniflərə qeydiyyat prosesi ilə bağlı dəstəyə ehtiyac duyan vətəndaşlar Bakı şəhəri üzrə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə də müraciət edə bilərlər. Eləcə də valideynlərə (və ya qanuni nümayəndələrə) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlamaq imkanı yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
3
Mənbələr
Şərh ()
Bağla