AZ

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Birinci

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-ü saat 09:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı paytaxtdakı alternativ qeydiyyat mərkəzlərində ümumilikdə 767 vətəndaş müraciətinə baxılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müraciətlərdən 431-i idarənin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 27 alternativ qeydiyyat mərkəzi tərəfindən qaydalara uyğun şəkildə icra olunub.

Habelə 336 valideynə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində dəstək göstərilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-dək davam edəcək. ww.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (+994 70 996 76 63, +994 70 996 36 62, +994 70 996 46 68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri kömək göstərilir.

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı dəstəyə ehtiyac duyan vətəndaşlar Bakı şəhəri üzrə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə də müraciət edə bilərlər. Eləcə də valideynlərə (və ya qanuni nümayəndələrə) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlamaq imkanı yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
azertag.az

10Mənbələr