AZ

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Bakı. Trend:

2024-2025-ci dərs ilində ümumi təhsil müəssisələrinin birincisiniflərinə elektron qeydiyyat prosesində valideynlərə köməkməqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəkiməktəblərdə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyətəbaşlayıb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumatverilib.

www.mektebeqebul.edu.az sistemi vasitəsilə özüelektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarınaçıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyətgöstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edəbilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 88, 156, 234,Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 10, Nərimanovrayonu üzrə 45, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonuüzrə 19, Suraxanı rayonu üzrə 279, 280, 154, Qaradağ rayonu üzrə321, 253, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 209, 108, 96,Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonuüzrə isə 168 nömrəli tam orta məktəbdə yaradılıb.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-Vgünləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər.Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkənövladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyətgöstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçəbilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63,070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılmasıüçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklikgöstərilir.

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləribölmələrinə müraciət edə bilərlər. Həmçinin valideynlər (və yaqanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsikabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlayabilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsilmüəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın13-nə qədər davam edəcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
27
az.trend.az

10Mənbələr