AZ

Banklar 311 milyon manatdan çox xalis mənfəət əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-mart aylarında banklar 311,5 mln. manat xalis mənfəət əldə ediblər.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,6 milyon manat və ya 16,3% artım deməkdir. 

Birinci rübdə ərzində banklar tərəfindən ümumilikdə 72,9 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 4,5 mln. manat çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
Mənbələr
Şərh ()
Bağla