AZ

Avtomobillərin icbari sığortası üzrə - 27,7 MİLYON ÖDƏNİŞ EDİLİB

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 37 milyon 10 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 343 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-mart aylarında bu göstərici 35 milyon 667 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 27 milyon 679 min  manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 665 min manat və ya 20% çoxdur.

Əvvəlki ilin eyni dövründə 23 milyon 14 min manat sığorta ödənişləri edilmişdi.

Seçilən
102
50
Mənbələr
Şərh ()
Bağla