AZ

Ukrayna, İsrail, “TikTok”... - Baydenin imzalayacağı qanunlar paketi

Co Bayden aprelin 24-də silah tədarükünün bərpasına dair qanun layihələri paketini imzalayacaq.

Yenisabah.az xəbər verir ki, paket aprelin 20-də Konqresinin Nümayəndələr Palatasında təsdiqlənib.

Paketin həcmi 95 milyard dollar təşkil edib, o cümlədən, Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.

Qanun layihələri paketi İran və Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək və İran PUA-larının istehsalında istifadə edilən Amerika texnologiyalarının ixracını daha da məhdudlaşdıracaq. Üstəlik, o, İran neftinin ixracını məhdudlaşdıran tədbirləri ehtiva edir.

Bundan əlavə, paketə ABŞ-da "TikTok"-a mümkün qadağa təşəbbüsü də daxildir. Qanunvericilər Çinin "ByteDance" şirkətinə sosial şəbəkəni satmaq üçün bir il vaxt verməyi təklif edirlər, əks halda, "TikTok" ABŞ-da qadağan oluna bilər.

Amma


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
Mənbələr
Şərh ()
Bağla