AZ

Bayden və Si Cinpinq "TikTok"la bağlı vəziyyəti müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpinq telefon danışığı zamanı "TikTok" sosial şəbəkəsi ətrafında yaranmış vəziyyətə toxunublar. Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. "Bəli, bu gün "TikTok" da müzakirə edildi", - Kirbi müvafiq suala cavab verərkən deyib. Onun sözlərinə görə, Bayden həmsöhbətinə bu sosial şəbəkənin “kimə məxsus olması ilə bağlı narahatlığını” çatdırıb. “O, prezident Si Cinpinqə aydın şəkildə bildirdi ki, bu, tətbiqin qadağan edilməsi ilə bağlı deyil, bizim milli təhlükəsizlik maraqlarımızı qorumaq və amerikalıların məlumatlarını təhlükəsiz saxlamaq üçün ondan imtina etmək məcburiyyətidir”, - deyə Kirbi bildirib. ABŞ administrasiyasının rəsmilərinin onun "TikTok" əldə etmək planlarını ABŞ-ın keçmiş maliyyə naziri Stiven Mnuçinlə müzakirə edib-etmədiyini soruşduqda, Kirbi “bundan xəbərsiz olduğunu” söyləyi. Ağ Ev sözçüsünə görə, Mnuçin “şəxsi sahibkar” olaraq bu cür məlumatlara özü münasibət bildirməlidir. Mnuchin daha əvvəl "CNBC"yə "TikTok"u əldə etmək üçün bir qrup investor topladığını söyləyib. Qısa videolar yükləməyə imkan verən "TikTok" sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Əvvəllər Amerika administrasiyasının nümayəndələri dəfələrlə belə fikirlər səsləndiriblər ki, Çin sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır və bu və ya digər şəkildə aradan qaldırılmalıdır. Vaşinqtonun fikrincə, Çin hakimiyyət orqanları və kəşfiyyat xidmətləri bu sosial şəbəkədən istifadə etməklə, o cümlədən ABŞ-da məlumat toplaya bilər. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
bizimyol.info

9Mənbələr