AZ

Uzun müddət fəaliyyət göstərməmiş “Sumqayıt Tikiş” şirkətinə yeni sədr seçiləcək

8 iyun 2024-cü il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik
ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2023- cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə
hesabatı.
2. “Sumqayıt Tikiş” ASC-nin idarə heyətinin sədrinin və digər idarəetmə orqanlarının
seçilməsi.
3. Digər məsələlər.

Nəzərinizə çatdırırıq ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır.

Ünvan – Sumqayıt şəhəri, kottec, 24-cü məhəllə, 1-ci keçid 38 A. ASC-nin inzibati binasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
Mənbələr
Şərh ()
Bağla