AZ

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Zibeydə Hacıyeva “PAŞA Bank” ASC-də Baş direktor vəzifəsinə təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, onun təyin olunduğu vəzifə İnsan resursları üzrə baş direktordur. Bu vəzifə çərçivəsində o, insan resursları və isdedadların idarə edilməsi funksiyası, “Agile” ekspert mərkəzi, habelə SƏTƏM və inzibatçılıq istiqamətlərinin fəaliyyətini idarə edəcək.

Qeyd edək ki, Z.Hacıyeva 2022-ci ilin fevral ayında “PAŞA Bank”ın heyətinə qoşulub. O, qeyd edilən tarixdən indiyə qədər İnsan resursları departamentinin direktoru vəzifəsində çalışırdı.

Zibeydə Hacıyeva beynəlxalq və yerli şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində 20 ilə yaxın təcrübəyə malikdir.

Z.Hacıyeva Bakı Dövlət Universitetində bakalavr üzrə hüquq və İngiltərədəki Nottinqem Trent Universitetində kadrların idarə edilməsi təhsili almışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
50
Mənbələr
Şərh ()
Bağla