AZ

AzMİU-da beynəlxalq konfrans keçirildi - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. 

23-24 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konfransın əsas elmi istiqamətlərinə tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər), süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi məsələləri daxildir. 

Konfransın məqsədi informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunmasıdır. Qeyd edək ki, konfransın işçi dili ingilis dilidir.

Beynəlxalq konfransda salamlama nitqi ilə çıxış edən AzMiU-nun rektoru professor Gülçöhrə Məmmədova qoyulan mövzunun aktuallığına diqqət çəkib. 
Əsrimizin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olduğunu bildirən professor Gülçöhrə Məmmədova elm və texnikanın sürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi və praktiki innovasiyaların həyatımıza sürətlə inteqrasiya olduğunu vurğulayıb. Son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərin qazanıldığını nəzərə çatdıran rektor belə bir konfransın keçirilməsini elm aləmi üçün mühüm hadisə hesab edib. 
Konfransa təqdim olunan materialların Almaniyanın nüfuzlu elmi bazası olan  “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunu bildirən rektor digərlərinin  isə universitetin vəsaiti hesabına nəşr olunacağını deyib. Çıxışının yekununda geniş coğrafiyanı əhatə edən və dünya şöhrətli alimləri bir araya gətirən konfransın işinə uğurlar arzulayıb.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov edib.  

Daha sonra konfransın plenar iclasına keçilib. Plenar iclasda AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri akademik Telman Əliyev, ABŞ-ın Ueyn Dövlət Universitetinin professoru Boris Morduxoviç, Avstraliyanın Federasiya Universitetinin alimi Adil Bağırovun məruzələri dinlənilib. 

Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilə davam etdirib.  Bölmələr “İntellektual sistemlərdə informasiya texnologiyaları”, "Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları", "Modelləşdirmədə informasiya texnologiyaları", “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzularına həsr olunub.  

Qeyd edək ki, iki gün davam edən və 26 ölkədən (ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, İspaniya, Qazaxıstan, Özbəkistandan və s.) nüfuzlu alimlərin qatıldığı konfransa ümumilikdə 150 məqalə təqdim olunub. 

 

 

222

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7349
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5107
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4775
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4574
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4385
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3633
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2913
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2649
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2600
Sabah 20 dərəcə isti olacaq
2545
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2516
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2181
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2161
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2055
Röyanın biabırçı videosu yayıldı
2013
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1981
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1680
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1580
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1569
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1559