AZ

AzMİU-da İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)“İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlıII beynəlxalq konfrans keçirilib.

Konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyiİdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyalarıİnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti,Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adınaKibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və HesablamaTexnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub.

23-24 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konfransınəsas elmi istiqamətlərinə tikinti və memarlıqda informasiyatexnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllışəhər), süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalıproblemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin vəproseslərin idarə edilməsində informasiya texnologiyaları,intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri vəkibertəhlükəsizlik məsələləri, təhsildə informasiyatexnologiyalarının tətbiqi məsələləri daxildir.

Konfransın məqsədi informasiya texnologiyaları və onlarınmüxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatlarhaqqında hərtərəfli təsəvvürün əldə olunmasıdır. Qeyd edək ki,konfransın işçi dili ingilis dilidir.

Beynəlxalq konfransda salamlama nitqi ilə çıxış edən AzMiU-nunrektoru professor Gülçöhrə Məmmədova qoyulan mövzunun aktuallığınadiqqət çəkib.

Əsrimizin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsriolduğunu bildirən professor Gülçöhrə Məmmədova elm və texnikanınsürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi vəpraktiki innovasiyaların həyatımıza sürətlə inteqrasiya olduğunuvurğulayıb. Son zamanlar informasiya texnologiyalarının müxtəlifsosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərinqazanıldığını nəzərə çatdıran rektor belə bir konfransınkeçirilməsini elm aləmi üçün mühüm hadisə hesab edib.

Konfransa təqdim olunan materialların Almaniyanın nüfuzlu elmibazası olan “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunubildirən rektor digərlərinin isə universitetin vəsaiti hesabınanəşr olunacağını deyib. Çıxışının yekununda geniş coğrafiyanı əhatəedən və dünya şöhrətli alimləri bir araya gətirən konfransın işinəuğurlar arzulayıb.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru professorNigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılışnitqlərini AMEA-nın birinci vitse-prezidenti, Elm və TəhsilNazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov,Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Elmvə Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini ƏminağaSadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanikaİnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov,Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatovedib.

Daha sonra konfransın plenar iclasına keçilib. Plenar iclasdaAMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyalarıkafedrasının müdiri akademik Telman Əliyev, ABŞ-ın Ueyn DövlətUniversitetinin professoru Boris Morduxoviç, AvstraliyanınFederasiya Universitetinin alimi Adil Bağırovun məruzələridinlənilib.

Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilədavam etdirib. Bölmələr “İntellektual sistemlərdə informasiyatexnologiyaları”, "Tikinti, sənaye və mühəndislikdə informasiyatexnologiyaları", "Modelləşdirmədə informasiya texnologiyaları",“Qərarların qəbulunda informasiya texnologiyaları” mövzularına həsrolunub.

Qeyd edək ki, iki gün davam edən və 26 ölkədən (ABŞ, Avstraliya,Estoniya, Türkiyə, Ukrayna, İspaniya, Qazaxıstan, Özbəkistandan vəs.) nüfuzlu alimlərin qatıldığı konfransda ümumilikdə 150 məqaləyer alıb. Konfransın nəticəsi olaraq sözügedən ölkələr arasındamövcud elmi əlaqələrin inkişaf etdirilməsi, aktual mövzulara həsrolunan bu qəbil konfransların təşkili, birgə elmi tədqiqatlarınaparılması kimi məsələlər gündəmə gətirilib.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla