AZ

“Söz-sözbətlərə adekvat cavab verdik” – Samir Abasov

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-sözbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağa və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümüzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun.

– Bugünkü qələbə Avropa yolunda işinizi nə dərəcədə asanlaşdıracaq?

– Bir oyun qələbə qazanmaq nəyisə təmin etmir. Turmir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq.

– Kamran Əliyevin son vaxtlar az oynaması onun performasında düşüş yaşaması ilə bağlıdır?

– Qışdan sonra fərqli sistemlə oynayırıq. Kamranda düşüş hiss etmirəm. Əksinə, məni razı salır. Sadəcə, oyunlar bunu tələb edir.

– Bu gün yalnız “Turan Tovuz”a qalib gəldiniz?

– Bu, futboldur. Başqa ölkələrdə işləməmişəm, oyundan qabaq baş verən prosesləri bilmirəm. Bu cür hallar baş məşqçilərin arasını vurur, futbolçuları qızışdırır, klubları düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, “Sumqayıt”ı “dartırlar” deyir. Onların düşündüyünün əksinə, bu cür hallar bizim xeyrimizədir. Əgər həmişə qələbə qazanacağıqsa, yazsınlar. Onların getdiyi yol deyil. Bu nə yaşayışdır? İnanıram ki, bu söhbətlərə son qoyduq. Futboldan danışmaq istəyirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9974
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7947
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2017
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1604
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1512
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1484
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
965
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
680
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
567
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
318
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
268
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
234
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
232