AZ

“Bu cür hallar baş məşqçilərin arasını vurur, klubları düşmən edir”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.   Manset.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-söhbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağa və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümüzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun.  - Bugünkü qəbələ Avropa yolunda işinizi nə dərəcədə asanlaşdıracaq? - Bir oyun qələbə qazanmaq nəyisə təmin etmir. Turnir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq.  - Kamran Əliyevin son vaxtlar az oynaması onun performasında düşüş yaşanması ilə bağlıdır?  - Qışdan sonra fərqli sistemlə oynayırıq. Kamranda düşüş hiss etmirəm. Əksinə, məni razı salır. Sadəcə oyunlar bunu tələb edir.  - Bu gün yalnız “Turan Tovuz”a qalib gəldiz? - Bu futboldur. Başqa ölkələrdə işləməmişəm, oyundan qabaq baş verən prosesləri bilmirəm. Bu cür hallar baş məşqçilərin arasını vurur, futbolçuları qızışdırır, klubları düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, “Sumqayıt”ı “dartırlar” deyir. Onların düşündüyünün əksinə bu cür hallar bizim xeyrimizədir. Əgər həmişə qələbə qazanacağıqsa, yazsınlar. Onların getdiyi yol deyil. Bu nə yaşayışdır... İnanıram ki, bu söhbətlərə son qoyduq. Futboldan danışmaq istəyirəm.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17383
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12490
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9955
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4130
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3719
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3181
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2589
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2214
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1567
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
958
Mayın ilk gününün havası açıqlanıb
874
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777