AZ

Rusiya sülhməramlıları Azərbaycandan niyə çıxır?

Rusiya sülhməramlıları Azərbaycandan, yəni dislokasiya olunduqları Qarabağ ərazisindən çıxır. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov aprelin 17-də xəbəri rəsmən təsdiq edib. Amma sülhməramlıların 1-2 günə, hətta bir həftəya tam çıxacağını demək çətin olardı. Söhbət 2 min şəxsi heyəti olan, müasi silahlanmışböyük bir hərbi qüvvədən gedir. Sülhməramlıların tam çıxıb qurtarması, 15-20 gün çəkəcək.

Söz düşmüşkən, bu hadisəni Azərbaycanın xarici siyasətinin qələbəsi, Rusiyanın cənubi Qafqazdan çıxması, hətta Azərbaycanla Ermənistan Arasında yeni müharibənin başlanğıcı kimi dəyərləndirənlər də var. Amma bunlar radikal, sadə desək, kənar mövqelərdir. Rusiya sülhməramlılarının Qarbağdan çıxması təbii ki, böyük hadisədir, amma yalnız Azərbaycan siyasətinin qələbəsi deyil, heç Rusiyanın cənubi Qafqazdan birdəfəlik çıxması da deyil. Əvvəla, Rusiyanın Ermənistanda, Gümrü ərazisində böyük hərbi bazası – 10 min nəfərlik müasir ordusu var. Sonra, Rusiya tərəfin müəyyən siyasi-hərbi maraqları olmasaydı, sülhməramlıları 2024-cü ilin əvvəlində Qarabağdan çıxarmazdı, üçtərəfli sazişdə göstərildiyi kimi, ən azı 2025-ci ilin axırına kimi saxlayardı.

Amma Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxmasında Azərbaycanın xarici siyasətinin xidməti də yetərincədir. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, Rusiyaya qarşı səbir və tədbir nümayiş etdirdi, yaxın və böyük qonşu ilə münasibətləri pozmağa yox, qorumağa çalışdı. Düşünürəm ki, burda Azərbaycan prezidentinin müdrikliyi, tarazlı, ehtiyatlı siyasəti xüsusi qeyd olunmalıdır. Bundan başqa, Rusiya və Azərbaycan prezidentləri arasında yəqin ki, regionda baş verəcək böyük siyasi, iqtisadi hadisələrlə əlaqəli müəyyən razılaşma var. Bunlar Ermənistanla Azərbaycan arasında Böyük sülh sazişinin imzalanması və Azərbaycanı Naxçıvanla, obrazı desək, günbatanı gündoğanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Yəqin, Rusiya bu hadisələrin kuratoru kimi qalır.

Düşünürəm ki, Rusiya sülhməramlılarının Azərbaycandan - Qarabağdan vaxtından əvvəl çıxarılmasının siyasi-nəzəri səbəbləri olduğu kimi, hərbi-praktiki səbəbləri də vardır. Hazırda bütün dünya İsrail – İran müharibəsinin, füktiki olaraq, III Dünya müharibəsinin astanasındadır. Nə qədər ki, İsraildə Netenyahunun Müharibə komandası hakimiyyətdədir, bu müharibə qaçılmazdır. Yəni, Rusiya – Ukrayna müharibəsi Qərbin, bütün dünyanın nəzərində hətta 2-ci də deyil, 3-cü yerdədir. Rusiya – Ukrayna cəbhəsində isə, rus qoşunları sürətlə irəliləyir. Qərb dünyası gözləmə mövqeyindədir, Ruyaya yeni sanksiyalardan, Ukraynaya köhnə silahlardan başqa bir şey vermir.

Rusiya rəhbərliyi də şübhəsiz ki, bu cür əlverişli geo-siyasi vəziyyətdən faydalanmaq niyyətindədir. Rusianın sülhməramlıları, söhbət 2 min (+,-) şəxsi heyəti olan, müasi silahlanmış böyük bir hərbi qüvvədən gedir, sürətlə Qarabağdan çıxarılır, eyni sürətlə Ukrayna cəbhəsinə atılır. Təbii ki, bu qüvvə strateji qələbəyə - Ukrayna məsələsini birdəfəlik həll etməyə imkan vermir, amma müəyyən taktiki nailiyyətlərə, məsələn, Ukraynanın Şərq qapısı olan Xarkovu ələ keçirməyə imkan verir. Odur ki, aprelin axırında, mayın əvvəllərində (9 maya kimi), Rusiyanın Ukrayna cəbhəsində yeni hücumları, hətta müəyyən uğurları gözləniləndir.

Qalib ARİF

visiontv.az



Seçilən
190
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21105
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19327
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18265
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17659
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16846
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16658
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11975
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9112
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8316
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7997
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7513
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7154
Minimum əmək haqqı nə qədər arta bilər?
7086
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6358
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5768