AZ

AQTA sədri: Yem məhsullarının təhlükəsizliyi təmin edilməlidir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Heyvan və insan sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alaraq yem məhsullarının da təhlükəsizliyi təmin edilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir çox baytarlıq preparatları yem və yem əlavələrinin tərkibinə əlavə edilməklə heyvanlara verilir: “Baytarlıq preparatları heyvan sağlamlığına birbaşa mənfi təsirlə yanaşı, heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmaqla insan sağlamlığına da dolayı yolla risk təşkil edir”.

AQTA sədri hansı hallarda baytarlıq preparatlarının heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyini də açıqlayıb: “Baytarlıq preparatlarından, bioloji preparatlardan və yem əlavələrindən düzgün qaydada istifadə edilmədikdə, lazımından artıq, heyvan xəstəliklərin müalicəsi üçün yox, onun qarşısının alınması, eləcə də heyvanların böyüməsinin təşviqi, qeydiyyata alınmamış, yəni effektivliyi və təhlükəsizliyi təsdiq edilməmiş preparatlardan istifadə edildikdə riskli olur”.

Q.Təhməzli bildirib ki, antimikrob rezistentlik heyvan və insan sağlamlığına ciddi təhdid olmaqla yanaşı global səhiyyə problemidir: “Heyvandarlıqda antibiotiklərin düzgün qaydada istifadə edilməməsi heyvanlarda rezistent bakteriyaların yaranmasına səbəb olur. Birbaşa təmas, çirklənmiş qida məhsullarının istehlakı və ya ətraf mühit vasitəsilə bu bakteriyalar insanlara keçə bilir. Nəticədə insan və heyvanlarda yoluxucu xəstəliklər zamanı müalicənin səmərəliliyi azalır, xəstələnmə və ölüm hallarının sayı, həmçinin iqtisadi yük artır”.

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
332
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
296
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
259
Azərbaycanda bu məhsul bahalaşdı
245
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
239
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
230
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
225
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
216
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
195
Helikopter qəzası ilə bağlı yeni xəbər
189
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
180
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
175
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
164
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
163
Həlak olan şəxslər sabah dəfn olunacaq
161
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
160
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
129
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
127
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
125
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
119