AZ

“Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”

“Heyvan və insan sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alaraq yem məhsullarının da təhlükəsizliyi təmin edilməlidir”.

“Qafqazinfo” verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 

AQTA sədri bildirib ki, bir çox baytarlıq preparatları yem və yem əlavələrinin tərkibinə əlavə edilməklə heyvanlara tətbiq edilir: “Baytarlıq preparatları heyvan sağlamlığına birbaşa mənfi təsirlə yanaşı, heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmaqla insan sağlamlığına da dolayı yolla risk təşkil edir”.

AQTA sədri hansı hallarda baytarlıq preparatlarının heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyini də açıqlayıb: “Baytarlıq preparatlarından, bioloji preparatlardan və yem əlavələrindən düzgün qaydada istifadə edilmədikdə, lazımından artıq, heyvan xəstəliklərin müalicəsi üçün yox, onun qarşısının alınması, eləcə də heyvanların böyüməsinin təşviqi, qeydiyyata alınmamış, yəni effektivliyi və təhlükəsizliyi təsdiq edilməmiş preparatlardan istifadə edildikdə bu riskli olur”.

Onun sözlərinə görə, antimikrob rezistentlik heyvan və insan sağlamlığına ciddi təhdid olmaqla yanaşı qlobal səhiyyə problemidir: “Heyvandarlıqda antibiotiklərin düzgün qaydada istifadə edilməməsi heyvanlarda rezistent bakteriyaların yaranmasına səbəb olur. Birbaşa təmas, çirklənmiş qida məhsullarının istehlakı və ya ətraf mühit vasitəsilə bu bakteriyalar insanlara keçə bilir. Nəticədə insan və heyvanlarda yoluxucu xəstəliklər zamanı müalicənin səmərəliliyi azalır, xəstələnmə və ölüm hallarının sayı, həmçinin iqtisadi yük artır”.

Zaur Mirzə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
22203
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12220
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6818
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5478
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5383
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3856
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3469
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3310
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3164
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2926
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2890
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2688
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2473
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2401
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2037
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1999