AZ

Gəncədə yaşlı kişi faciəvi şəkildə öldü

Gəncədə yanan evdə bir nəfər tüstüdən zəhərlənərək dünyasını dəyişib.    Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. Belə ki,  ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.  Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfəri yaşlı kişinin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, həmin şəxs tüstüdən boğularaq ölüb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
39
8
Mənbələr
Şərh ()
Bağla