AZ

Gəncədə ev yanıb, bir nəfər tüstüdən zəhərlənərək ölüb

Gəncədə

Gəncə, 29 mart, AZƏRTAC

Gəncədə yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər yaşlı kişinin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Məlumata görə həmin şəxs tüstüdən boğularaq ölüb. Ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

 

 

Seçilən
136
2
Mənbələr
Şərh ()
Bağla