AZ

Gəncədə ev yanıb, bir nəfər tüstüdən zəhərlənərək ölüb

Gəncədə yanğın hadisəsi baş verib.

SİA Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər yaşlı kişinin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Məlumata görə həmin şəxs tüstüdən boğularaq ölüb. Ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
139
2
Mənbələr
Şərh ()
Bağla