AZ

Rusiyanın Ukraynaya hücumlarında yeni növ bomba istifadə etdiyi iddia edildi

Rusiya ordusunun Xarkovu hədəf alan hücumlarında yeni tip idarə olunan bombadan istifadə etmiş ola biləcəyi ifadə edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya hücumlarını davam etdirən Rusiya ordusunun Xarkova qarşı bombardmanlarında yeni tipli bomba istifadə etmiş ola biləcəyi bildirilib.

Hücumlarda ən azı bir can itkisinin olduğu paylaşılıb. Şəhərdə yaralanan 19 nəfər arasında 3 aylıq körpə də daxil olmaqla 4 uşaq da var.

Ukrayna rəsmiləri hücumlarda UMPB D-30 adlı yeni növ idarə olunan bombanın istifadə edildiyini düşündüklərini bildiriblər.

Ayşən
Seçilən
90
34
Mənbələr
Şərh ()
Bağla