AZ

Almaniya Ukraynaya yeni hərbi yardım elan edib

Almaniya  Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardımın təhvil veriləcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda Almaniya hökumətinin saytında məlumat verilib.

Belə ki, Almaniya Ukraynaya 18 min 155 mm-lik NATO mərmisi, 14 Vektor kəşfiyyat PUA-sı, 30 RQ-35 Heidrun pilotsuz təyyarəsi, həmçinin Leopard tankları üçün döyüş sursatları təhvil verəcək.

Ölkə eyni zamanda Kiyevə 2 min RGW 90 Matador qumbaraatanları, 180 İHA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.

Seçilən
89
34
Mənbələr
Şərh ()
Bağla