AZ

Kiyevdə fövqəladə hazırlıq: Putinin qisas vədi Ukrayna paytaxtında təşviş yaradıb

Rusiya rəhbərliyinin Moskva terrorunu Ukrayna ilə bağlamağa çalışması, Vladimir Putinin bu yöndəki açıqlamaları, həmçinin qanlı qisas vəd etməsi Kiyevdə hərəkətliliyə səbəb olub. Belə ki, Ukrayna paytaxtında Rusiyanın təxribat-kəşfiyyat qrupları və düşmən kəşfiyyat xidmətlərinin agentləri tərəfindən stabilliyin pozulması, kütləvi tələfat yaradan əməllərin törədilməsi təhlükəsindən danışmağa başlayıblar.

Musavat.com unian-a istinadən xəbər verir ki, məsələ Kiyev Müdafiə Şurasının təcili iclasında müzakirə olunub. Şuranın yaydığı məlumatda vurğulanır ki, paytaxtın gələcək həyatı ilə bağlı yeni təhlükəsizlik qərarları qəbul edilib: “Düşmən təxribat və kəşfiyyat qruplarının şəhər ərazisinə soxulmağa cəhd göstərməsi, Rusiya xüsusi xidmət orqanlarının agentlərini və digər düşmən elementləri paytaxtda sabitliyi pozmaq üçün cəlb etməsi təhlükəsi istisna oluna bilməz”.

Şura aşağıdakı qərarlar qəbul edib:

-Təcili olaraq Kiyevdə çoxlu sayda ukraynalının iştirakını nəzərdə tutan kütləvi tədbirlərin keçirilməsi məsələsi üzərində işlənsin;

-Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə ictimai nəqliyyatın, idman, mədəni-maarif, müalicə və əyləncə tədbirlərinin təşkili ilə bağlı normativ və inzibati sənədlər yenidən nəzərdən keçirilsin;

-Bütün təhlükəsizlik və hərbi strukturlara insanların ən çox toplaşdığı yerlərə diqqəti artırmaq əmr olunur. İctimai yerlərdə təhlükəsizliyi daha yaxından izləyin və Kiyevin təhlükəsizliyinə “işləyən” hadisələri diqqətdə saxlayın;

-Bütün məsul strukturlar ukraynalıların sığınacaqlara 24/7 çıxışını və məğlubedilməzlik məntəqələrinin hazır olmasını təmin etməlidir.

Bundan əlavə, səlahiyyətli şəxslər düşməninə xidmət edən dezinformasiyasının qarşısını almaq üçün onlayn paylaşılan məlumatları diqqətlə izləyəcəklər.

Şura paytaxt sakinlərinə müraciət edib: "Kiyevlilərdən sakit olmağı xahiş edirik. Təvişə düşməyin, Kiyevin və onun sakinlərinin etibarlı şəkildə müdafiə olunması üçün biz qabaqlayıcı tədbirlər görürük".

Musavat.com

phrase_var_article.chosen
25
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close