AZ

Ukrayna Rusiya güləşçilərinin olimpiadaya buraxılmamasını tələb edir

Ukrayna Milli Olimpiya Komitəsi (MOK) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya və Belarus güləşçilərinin çıxışı ilə bağlı açıqlama verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.

Ukrayna tərəfi bildirir ki, rusiyalı və belaruslu atletlər neytrallıq və müharibəyə dəstək tələblərinin pozulmasına görə olimpiadaya buraxılmamalıdırlar. Bu məqsədlə Ukrayna MOK Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tədbir görməsini tələb edib.

Qeyd edək ki, UWW Rusiya idmançılarının 2023-cü ilin aprelində neytral statusda beynəlxalq turnirlərdə iştirakına icazə vermək qərarına gəlib. Lakin bunun üçün onlar BOK-un tövsiyələrinə əməl etməlidirlər.

Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə ruslar və belaruslar 2024-cü il Olimpiadasında fərdi neytral idmançı kimi iştirak edə bilərlər, ancaq Ukraynada müharibəni dəstəkləyən, həmçinin Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar yarışlara buraxılmayacaqlar. Bundan əlavə, Parisdə iki ölkənin komanda idman növlərinin nümayəndələri olmayacaq.

Musavat.com

Seçilən
199
50
Mənbələr
Şərh ()
Bağla