AZ

Sülh danışıqları bu ölkədə başlaya bilər – Lavrov

Ukrayna ilə dialoq üçün İstanbul anlaşmalarından istifadənin mümkünlüyü konkret sənəd yox, danışıqların aparıla biləcəyi prinsipləri nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əlbəttə, söhbət mümkün razılaşmalar üçün əsas kimi konkret sənəddən getmir, çünki İstanbulda hazırlanan və paraflanan müqavilə layihəsi tamamilə fərqli reallıqları əks etdirirdi. Müzakirə, mənim anladığım qədər, dialoqun hansı prinsiplər əsasında aparılmalı olduğu barədədir”, - nazir bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl Ukraynaya Qərbin vasitəçiliyi olmadan Rusiya ilə ikitərəfli qaydada İstanbul prosesini (Türkiyə) bərpa etməyi təklif edib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqların əsasını 2022-ci ildə İstanbulda Kiyev-Moskva danışıqları zamanı müzakirə olunan saziş layihələri təşkil edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
185
50
Mənbələr
Şərh ()
Bağla