Lionel Messinin formasını geyindiyi "İnter Mayami" yoldaşlıq oyunu keçirib. Futbolpress.az xəbər verir ki, sözügedən komanda Argentinanın "Nyuellz Old Boyz" klubu ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb - 1:1. Messi bu matçda start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Lionel futbolçu karyerasına "Nyuellz Old Boyz"da başlayıb.