AZ

“İnter Mayami”nin baş məşqçisi Messi barədə: “İndi daha yaxşıdır”

"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino Messinin vəziyyəti barədə danışıb. 


Sfera.az bildirir ki, o, klubun "Real Solt Leyk"lə keçirdiyi matçdan (2:0) sonra jurnalistlərə açıqlama verib.


Baş məşqçinin sözlərinə görə, Messi indi daha yaxşıdır və sağalmağa doğru gedir. 


Qeyd edək ki, bu gün Amerikanın Fort Lauderdeyl şəhərində "İnter Mayami" ilə "Real Solt Leyk" arasında MLS-in yeni müntəzəm mövsümünün açılış matçı keçirilib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Qolları 39-cu dəqiqədə hücumçu Robert Teylor və 83-cü dəqiqədə yarımmüdafiəçi Dieqo Qomez vurub. Lionel Messi və Luis Suares isə məhsuldar ötürmələr edib.

 

Fatimə Lətif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
49
sfera.az

10Mənbələr