AZ

Messi ABŞ-ın ən sevilən idmançısı oldu

Lionel Messi ABŞ-ın ən məşhur idmançısı seçilib. 2023-cü ilin yayından etibarən ''İnter Mayami''nin şərəfini qoruyan argentinalı superulduz SSRS şirkətinin apardığı ənənəvi sorğunun qalibi olub.

Bu şirkət artıq 30 ildən çoxdu ki, hər ay ABŞ-da ən sevilən peşəkar idmançı ilə bağlı sorğu keçirir. Cavablara əsasən hər kvartal üçün ölkənin ən sevilən idmançısı müəyyənləşir.

Messi MLS-ə gələnə qədər müxtəlif dönəmlərdə yalnız 7 idmançı - Maykl Cordan, Tayqer Vuds, Peyton Menninq, Kobe Brayant, Stefan Karri, Lebron Ceyms və Tom Bredi bu sorğunun qalibi olmuşdu. Messi 2023-cü ilin son kvartalının qalibi olub. Bundan başqa Messi bu sorğuda qalib gələn ilk futbolçu kimi tarixə düşüb. 2023-ün ilk kvartalında Bredi, 2 və 3-cü kvartallarda Ceyms liderlik etmişdi. Bundan başqa daha bir sorğunun nəticəsi göstərir ki, Messinin transferindən sonra ''İnter Mayami'' ''Los Anceles Qalaksi''ni geridə qoyaraq ABŞ-da ən sevilən futbol klubuna çevrilib! Klubun azarkeş bazası ən azı 5 dəfə artıb. ABŞ-da sevilən bütün dünya klubları arasında isə ''İnter Mayami'' 4-cü pillədə qərarlaşıb. Mayamililər yalnız ''Barselona'', ''Real'' və ''Mançester Yunayted''dən geri qalırlar.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
2
football-plus.az

10Mənbələr