Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 8800 manat nağd pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş 27 yaşlı İsmayıl Cəfərli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin digər qanunsuz əməlləri də aşkar olunub.
Beləki, İ.Cəfərlinin ayrı-ayrı vaxtlarda Lənkəran rayonu ərazisində daha 3 evdən pul və qiymətli əşyalar oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta