AZ

Lənkəranda 4 evdən oğurluq edən şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən ümumilikdə 8800 manat nağd pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş 27 yaşlı İsmayıl Cəfərli saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin digər qanunsuz əməlləri də aşkar olunub.
Belə ki, İ.Cəfərlinin ayrı-ayrı vaxtlarda Lənkəran rayonu ərazisində daha 3 evdən pul və qiymətli əşyalar oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
0
13
operativmedia.az

10Mənbələr