AZ

Evdən 8800 manat və qızıl oğurlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən ümumilikdə 8800 manat nağd pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş 27 yaşlı İsmayıl Cəfərli saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News365.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin digər qanunsuz əməlləri də aşkar olunub. 

Belə ki, İ.Cəfərlinin ayrı-ayrı vaxtlarda Lənkəran rayonu ərazisində daha 3 evdən pul və qiymətli əşyalar oğurladığı da müəyyən edilib.  Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Seçilən
4
13
news365.az

10Mənbələr