AZ

ABŞ məktəbində silahlı hücum

ABŞ-dakı orta məktəblərin birində növbəti silahlı cinayət törədilib. Corciya ştatında orta məktəbdə baş verən hücumda 4 nəfər ölüb. Atışma zamanı yaralananların olduğu və şübhəlinin saxlanıldığı bildirilib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, yerli vaxtla saat 11.30 radələrində Corciya ştatının Uinder şəhərindəki Apalaçi liseyində atəş səsləri eşidilib.

Bunun üzərinə məktəbə gələn polis qrupları silahlı hücum olaraq qiymətləndirdikləri hadisəyə müdaxilə edərkən ərazidə geniş təhlükəsizlik tədbirləri alıb.

Hücumun baş verdiyi Barrou qraflığının polis rəisi Cad Smit hadisə ilə bağlı verdiyi açıqlamada bu mərhələdə bir çox təfərrüat verə bilməyəcəyini və hücum üzərində hələ də aktiv şəkildə çalışdıqlarını bildirib.

“Bu məqamda deyə bilərəm ki, çoxlu yaralı var, amma onların vəziyyəti ilə bağlı dəqiq qiymət verməyəcəyəm”. Smit şübhəlinin həbs olunduğunu bildirib.

***

Digər tərəfdən, CNN-ə danışan adı açıqlanmayan bəzi təhlükəsizlik rəsmiləri, hücumda 4 nəfərin öldürüldüyünü, ən azı 30 nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilərin daha sonra mətbuata açıqlama verməsi və hücumla bağlı yeni təfərrüatları ictimaiyyətlə paylaşması gözlənilir.

***

Digər tərəfdən, Ağ Evdən edilən yazılı açıqlamada ABŞ prezidenti Co Baydenin hücumla bağlı məlumatlandırıldığı qeyd edilib.

Açıqlamada, Baydenin daxili təhlükəsizlik müşavirləri tərəfindən məlumatlandırıldığı və administrasiyanın həm federal, həm də əyalət səviyyələrində rəsmilərlə anında əlaqə saxladığı bildirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
20
vaxt.az

10Mənbələr