AZ

ABŞ-da məktəbə silahlı hücum: 4 nəfər ölüb, ən azı 9 nəfər yaralanıb

ABŞ-da məktəbə silahlı hücum: 4 nəfər ölüb, ən azı 9 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatında orta məktəbdə baş verən silahlı hücum nəticəsində 4 nəfərin öldüyü, ən azı 9 nəfərin yaralandığı və şübhəlinin saxlanıldığı bildirilib.ABŞ mətbuatında yer alan xəbərlərə görə, yerli vaxtla saat 11.30 radələrində Corciya ştatının Uinder şəhərindəki Apalachee Liseyində atəş səsləri eşidilib.Bunun üzərinə məktəbə gedən polis qrupları silahlı hücum olaraq qiymətləndirdikləri hadisəyə müdaxilə edərək, ərazidə geniş təhlükəsizlik tədbirləri alıb.Corciya İstintaq Bürosu hadisə ilə bağlı verdiyi açıqlamada hücumda 4 nəfərin öldüyünü, ən azı 9 nəfərin yaralandığını bildirib.Hücumun baş verdiyi Barrou dairəsinin şerifi Cud Smit hadisə ilə bağlı verdiyi açıqlamada çoxlu yaralının olduğunu və şübhəlinin saxlanıldığını bildirib.Digər tərəfdən, CNN-ə danışan adı açıqlanmayan bəzi təhlükəsizlik rəsmiləri şübhəlinin 14 yaşında bir uşaq olduğunu bildirsələr də, şübhəlinin şəxsiyyəti ilə bağlı heç bir təfərrüat paylaşılmayıb.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
afn.az

1Mənbələr