AZ

Münhendə İsrail konsulluğu qarşısında atışma: ölən var

Münhen polisi Bu gün Münhendəki İsrail konsulluğu qarşısında silahlı şəxslə polis arasında atışma olub.

Bakupost.az "Assoşiayted Press"ə istinadən xəbər verir ki, atışma nəticəsində həmin şəxs ölüb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, silahlı şəxs 1972-ci ildə Münhen Olimpiadasında baş verən partlayışın ildönümündə konsulluğa hücum etməyi planlaşdırmış ola bilər.

Atışma nəticəsində itkilərin olmadığı qeyd edilir.

Hadisə yerli vaxtla saat 09:00 radələrində baş verib.

Polisə Münhenin mərkəzinə yaxın olan Karolinenplats bölgəsində əlində "uzun silah" olan bir adam barədə məlumat daxil olub. O, hadisə yerinə yaxınlaşan polisə atəş açıb. Polis də özü növbəsində cavab atəşi açıb.

Şübhəli şəxs hadisə yerində dünyasını dəyişib.

Polis hadisədə başqa birinin əli ola biləcəyinə dair heç bir dəlil olmadığını bildirib. İsrail Xarici İşlər Nazirliyi atışma baş verən zaman Münhendəki konsulluğun bağlı olduğunu və heç bir işçinin xəsarət almadığını bildirib.


Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
20
bakupost.az

10Mənbələr