AZ

Makrona və Fransa Xarici İşlər Nazirliyinə Durovun həbsi ilə bağlı xəbərdarlıq edilməyib

"Telegram"ın həmtəsisçisi Pavel Durovun həbsi ilə bağlı nə Fransa prezidenti Emmanuel Makrona, nə də Respublika Xarici İşlər Nazirliyinə əvvəlcədən xəbərdarlıq edilməyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Paris prokurorluğundakı mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Durova da gözlənilən həbs barədə məlumat verilməyib.

Mənbə əlavə olaraq agentliyə bildirib ki, Fransa prokurorluğunun apardığı araşdırmanın ABŞ-la heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl “Le Monde” qəzeti Fransa prezidentinin ətrafına istinadən yazıb ki, Makronun gəlişi günü Yelisey sarayında Durovla planlaşdırılan görüş barədə məlumat həqiqətə uyğun deyil.

Nəşrin qeyd etdiyi kimi, Makron həmin axşam Parisdə deyil, Fransanın şimalındakı Pas-de-Kaledəki ailə evində olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
5
operativmedia.az

8Mənbələr