AZ

“Reuters”: Durovun həbsi ilə bağlı Makrona və XİN-ə xəbərdarlıq edilməyib

“Telegram”ın həmtəsisçisi Pavel Durovun həbsi ilə bağlı nə Fransa prezidenti Emmanuel Makrona, nə də Respublika Xarici İşlər Nazirliyinə əvvəlcədən xəbərdarlıq edilməyib.

APA xəbər verir ki, bu barədə Paris prokurorluğundakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Durova da gözlənilən həbs barədə məlumat verilməyib. Mənbə əlavə olaraq agentliyə bildirib ki, Fransa prokurorluğunun apardığı araşdırmanın ABŞ-la heç bir əlaqəsi yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
5
apa.az

8Mənbələr