AZ

Makrona Durovun saxlanılması ilə bağlı xəbərdarlıq edilməyib – KİV

Fransa Prezidenti Emmanuel Makrona, eləcə də ölkənin Xarici İşlər Nazirliyinə teleqramın yaradıcısı Pavel Durovun həbsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.Bu barədə "Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Durovun özünün də həbs əmrindən xəbəri olmayıb.

Xatırladaq ki,Durov avqustun 24-də Parisin "Le Burje” hava limanında saxlanılıb. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Dörd gün həbsdə qalan "Telegram”ın təsisçisi 5,6 milyon dollar girov qoymaq və ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb. Durov yaşayacağı şəhərdə həftədə iki dəfə polisə müraciət etməli olacaq.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
anews.az

8Mənbələr