AZ

“Makrona Durovun saxlanılması ilə bağlı xəbərdarlıq edilməyib” – KİV


““Telegram”ın həmtəsisçisi Pavel Durovun həbsi ilə bağlı nə Fransa Prezidenti Emmanuel Makrona, nə də Respublika Xarici İşlər Nazirliyinə əvvəlcədən xəbərdarlıq edilməyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Paris prokurorluğundakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Durova da gözlənilən həbs barədə məlumat verilməyib.
Mənbə əlavə olaraq qeyd edib ki, Fransa prokurorluğunun apardığı araşdırmanın ABŞ ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, Durov avqustun 24-də Parisin “Le Burje” hava limanında saxlanılıb. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Dörd gün həbsdə qalan “Telegram”ın təsisçisi 5,6 milyon dollar girov qoymaq və ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb. Durov yaşayacağı şəhərdə həftədə iki dəfə polisə müraciət etməli olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
yeniavaz.com

8Mənbələr