İran istehsalı olan “Şahid-136/131” dronu Ukraynanın Mi-8 helikopterində olan hərbçi tərəfindən havada pulemyotla zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Xarırladaq ki, Ukrayna son iki gündə 100-dən çox İran dronunu vurub.
Belə ki, ötən gecə Ukrayna ərazisinin növbəti kütləvi atəşə tutulması zamanı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 81 ədəd “Şahid-136/131” dronundan 60-nı məhv edib.
Məlumata görə, dünən Ukrayna Hərbi Hava Qüvvələri Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən kütləvi hava hücumuna məruz qaldığını bildirib.
Belə ki, 109 “Şahid-136/131” pilotsuz uçuş aparatından 99-u, eləcə də müxtəlif təyinatlı 102 raket məhv edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta