AZ

Almanlar Ukraynada PUA istehsalına başlayıb

Almanlar

Alman pilotsuz uçan aparat (PUA) istehsalçısı “Quantum-Systems” Ukraynada “Vector” pilotsuz sistemlərinin istehsalı üzrə zavodu işə salıb. Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, bu barədə şirkətin Ukrayna bölməsinin nümayəndələri məlumat veriblər.

Zavod Ukrayna Müdafiə Qüvvələrinə kəşfiyyat uçan aparatları tədarük edir. Dronlar Almaniyadan gətirilən komponentlərdən yığılır.

Zavod həmçinin dronlar üçün naviqasiya texnologiyalarını təkmilləşdirmək üzərində işləyir. Müharibə zamanı həssas olan peyk şəbəkəsindən istifadə etmək əvəzinə şirkət süni intellektə əsaslanan optik naviqasiya sistemi hazırlayır. Bu sistem dronlara pis görmə şəraitində belə naviqasiya etməyə və obyektləri tanımağa imkan verəcək.

Ukraynadakı zavod dronları İsrail istehsalı olan optik modullarla təchiz edir ki, bu da onlara gecə-gündüz obyektlərə nəzarət etməyə imkanı yaradır.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
reyting.az

10Mənbələr