AZ

Ukrayna Krım, Bryansk və Belqoroda PUA zərbələri endirib

Ukrayna PUA-larla Krım, Bryansk və Belqorod vilayətlərinə hucum edib.

Azpost.info bildirir ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin (AFU) Krım, Bryansk və Belqorod vilayətlərində 6 pilotsuz uçan aparatını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Ukraynaya məxsus 6 təyyarə tipli PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Bunlardan üç pilotsuz təyyarə Krım ərazisi üzərində, ikisi Bryansk vilayəti üzərində səmada, digəri isə Belqorod vilayəti ərazisi üzərində vurulub,”-deyə Müdafiə Nazirliyi bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
azpost.info

10Mənbələr