AZ

Ukrayna aldığı ilk F-16 qırıcılarından birini itirdi

ABŞ istehsalı olan ilk təyyarələrin Ukraynaya çatmasından cəmi üç həftə sonra,avqustun 26-da F-16 qırıcısı,Rusiyanın Ukrayna şəhərlərinə iri raket və pilotsuz təyyarə hücumunu dəf edərkən qəzaya uğrayıb.Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin pilotunun qəzaya uğraması nəticəsində həlak olduğunu təsdiqləyib.“BBC”yazır ki, fəlakətin səbəbləri aydınlaşdırılır.

Daha əvvəl “Wall Street Journal” mənbəyə istinadən yazıb ki, təyyarə Rusiya atəşi ilə vurulmayıb, çox güman ki, pilot səhvi ucbatından qəzaya uğrayıb.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, avqustun 26-da Kiyev ilk dəfə F-16-dan Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq üçün istifadə edib.

“Hava döyüşü zamanı F-16 təyyarələri öz yüksək effektivliyini nümayiş etdiriblər. Növbəti

hədəfə yaxınlaşarkən təyyarələrdən biri ilə əlaqə kəsildi. Sonradan məlum olduğu kimi, təyyarə

qəzaya uğrayıb və pilot həlak olub”.

Məlumatda qeyd olunur ki, qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb. “Amerikanın səsi”nin Ukrayna xidməti Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindəki anonim mənbəyə istinadən bildirir ki, “müxtəlif versiyalar, o cümlədən onların

hava hücumundan müdafiə sistemlərinin “dost atəşi”, texniki nasazlıq və pilot xətası da nəzərdən

keçirilir”.

Lutsk şəhərinin meri İqor Polişuk bu həftə pilot Aleksey Mesin həlak olduğunu bildirdi.F-16-nın

itirilməsi xəbəri çıxandan sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri onun avqustun 26-da “Rusiyanın kütləvi raket və hava zərbəsini dəf edərkən” həlak olduğunu təsdiqləyib. Aleksey Mes F-16-da təlim keçən ilk ukraynalı pilotlardan biri idi.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
oxumeni.az

10Mənbələr