Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsonsun Parisdə Oyunların keçirildiyi ərazilərə yüksək səviyyəli giriş icazəsi olan avtomobili oğurlanıb.
Publika.az “Avropa1”-ə istinadən xəbər verir ki, Parsonsun avtomobilinin 21-23 avqust tarixləri arasında Parisin yüksək səviyyəli ərazisindəki bir dayanacaqda qaldığı və orijinal akkreditasiyanın başqası ilə dəyişdirildiyi iddia edilir. Oğurluq avqustun 23-də aşkar edilib.
Ümumilikdə, Paralimpiya Oyunları üçün bu səviyyədə 20 buraxılış verilib. Onlar Oyunların keçirildiyi yerlərə baş çəkməyə və nəzarət-buraxılış məntəqələrindən sərbəst keçməyə imkan verir.