AZ

Parisdə keçiriləcək Paralimpiya Oyunlarına 85 rusiyalı idmançı buraxılıb

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) 85 rusiyalı idmançının Parisdə keçiriləcək Oyunlarda iştirakına icazə verib. 

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, yerdə qalan yeddi idmançı hələ də yoxlanış mərhələsindədir.

"Rusiya Paralimpiya Komitəsi Parisdə keçirilən Paralimpiya Oyunlarında iştirak edən demək olar ki, bütün idmançılar üçün akkreditasiya vəsiqələri alıb. Vəsiqələr artıq RKR-nin Moskvadakı ofisindədir. Yeddi idmançının sınaqları davam edir. Biz yekun qərarı gözləyirik”, - bunu Rusiya Paralimpiya Komitəsinin prezidenti Pavel Rojkovdan bildirib.

Ruslar Paralimpiya Oyunlarında fərdi neytral statusda çıxış edəcəklər. Onların Oyunların açılış və bağlanış mərasimlərində iştirakına icazə verilməyəcək, medal qazanacaqları təqdirdə isə ümumi sıralamada yer almayacaqlar.

Paralimpiya oyunları avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
baku.ws

7Mənbələr