AZ

Ceki Çan Paralimpiya Oyunlarının açılışında iştirak edəcək

Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan avqustun 28-də Parisdə keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV kanalı oyunların təşkilat komitəsinə istinadən məlumat yayıb.

Aktyor, Paralimpiya məşəli estafetinin iştirakçıları arasında olacaq.

Belə ki, Çan estafeti Fransa paytaxtının Üçüncü Dairəsinin Vieille-Temple küçəsində yerli vaxtla saat 17:27-də (Bakı vaxtı ilə 19:27) qəbul edəcək. Parisdə Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
5
bizim.media

7Mənbələr