AZ

Ceki Çan Paralimpiya Oyunlarının açılışında iştirak edəcək

Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan avqustun 28-də Parisdə keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı oyunların təşkilat komitəsinə istinadən məlumat yayıb.

Aktyor, Paralimpiya məşəli estafetinin iştirakçıları arasında olacaq. Belə ki, Çan estafeti Fransa paytaxtının Üçüncü Dairəsinin Vieille-Temple küçəsində yerli vaxtla saat 17:27-də (Bakı vaxtı ilə 19:27) qəbul edəcək. Parisdə Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
5
nocomment.az

7Mənbələr