AZ

“Daşkənd bəyannaməsi iki ölkə arasında münasibətləri daha yüksək bir mərhələyə daşımış oldu”- ŞƏRH

“Azərbaycanla Özbəkistan arasındakı əlaqələr artıq təkcə strateji müttəfiqlik səviyyəsində deyil. İki ölkə arasında çox ciddi qardaşlıq və dostluq münasibətləri formalaşıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, əlaqələrin bu həddə gəlib çatması təkcə ölkələrarası münasibətlərin gücünü göstərmir, eyni zamanda, Azərbaycan və Özbəkistan liderləri arasındakı şəxsi münasibətlər sisteminin yaratdığı obyektiv reallığı özündən ehtiva edir:

“Bu gün Özbəkistanla iqtisadi, ticari, siyasi sahədə əlaqələrini ən yüksək səviyyəyə çatdırması dövlətimizin növbəti uğurlarından biri kimi xarakterizə edilə bilər. İstənilən halda Azərbaycan- Özbəkistan münasibətlərinin çox dərin ruhu mövcuddur. Cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanan Daşkənd bəyannaməsi iki ölkə arasında münasibətləri daha yüksək bir mərhələyə daşımış oldu. Məhz Daşkənd bəyannaməsindən sonrakı dövrdə Azərbaycan və Özbəkistan rəhbərlərinin biz dəfələrlə görüşünə şahidlik etmişik. Təkcə son bir il ərzində cənab Prezidentin Özbəkistana səfərləri, həm Özbəkistan rəhbərinin Azərbaycana səfərləri baş tutub və Qarabağa səfəri çərçivəsində Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin tikintisini Özbəkistan öz üzərinə götürüb. Hesab edirəm ki, artıq bu faktlar iki ölkə arasındakı dərin bağları və gələcək perspektivləri özü-özlüyündə çox aydın şəkildə nümayiş etdirir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
4
editor.az

10Mənbələr