AZ

Azərbaycan-Özbəkistan münasibətləri: sadiq dostlar, etibarlı tərəfdaşlar ŞƏRH

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Danılmaz həqiqətdir ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasında nüfuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.

Məhz Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə səfəri bu əlaqələrin, birliyin, həmrəyliyin təsəssümüdür. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Belə ki, ötən ilin bu günlərində ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə olarkən səsləndirdiyi fikirləri ilə birliyimizi, həmrəyliyimizi dünyaya təqdim etdi. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, xanımı Ziroatxon Mirziyoyevanın Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərində o da qeyd edildi ki, bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var.“Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.”

Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Bir sözlə, Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir.

Ən əsası isə, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyən ölkələrdən oldu. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etdi. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində unudulmaz hadisələrdir. Bir sözlə, hər iki dövlət rəhbərlərinin səfərləri strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir.

Qeyd edim ki, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Xüsusilə də, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub.

Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana avqust tarixi dövlət səfəri iki ölkə liderlərinin bir-birilərinə dostluğun, qardaşlığın, eyni zamanda iki ölkələr arasında strateji tərəfdaşlığın göstərigisidir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında keçirilən müzakirələr, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkə arasında əməkdaşlığın daha geniş olacağınnı təsdiqləyir. Çünki Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq keçmişə əsaslanır. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Qeyd edək ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana tarixi səfəri də təbii ki, iki qardaş, dost ölkə olaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verməklə, həm də türk dünyasının həmrəyliyi baxımından böyük siyasi hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən söyləyib ki, bu səfər həqiqətən tarixi səfərdir və bu səfərlə münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq: «Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik».

Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir».

Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Bu dəfə baş tutan növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
sesqazeti.az

10Mənbələr